SKY INVESTMENT HOLDING

Bilirsinizmi?

Bilirsinizmi?

İnsan sağlamlığı üçün böyük faydalara malik zeytun yağının illik adambaşına düşən istehlak miqdarı Yunanıstanda 12,8 kq, İspaniyada 11,3 kq, İtaliyada 10,5 kq, Türkiyədə 1,8 kq, Rusiyada 1,7 kq olduğu halda Azərbaycan üzrə bu göstərici cəmi 400 qramdır. Müəssisənin qurulmasında əsas məqsədlərdən biri həm də bu göstəricinin əhəmiyyətli yüksəldilməsi və bununla daha sağlam və daha xoşbəxt bir cəmiyyətin formalaşmasına töhfə verməkdir.

Zeytun yağı insan orqanizmində müxtəlif xəstəliklər yarada biləcək zərərli maddələrdən xilas edir.

Öz zəngin tərkibinə görə zeytun yağı güclü antioksidantdır.

Ürək, qan-damar xəstəlikləri üçün olduqca faydalı sayılan zeytun yağı, həm də qan təzyiqini normallaşdırır. Zeytun yağındakı yağ turşuları doymamış yağ olduğuna görə xolesterol ehtiva etmir və hətta qanda onun miqdarını tənzimləyir.

Cinsi fəallığın artırılmasında zeytun yağı ən yaxşı təbii vasitədir.

Xərçəng xəstəliklərinin profilaktikası üçün zeytun yağı xeyirlidir.

Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların sümük inkişafına müsbət təsir göstərir.

Böyrəklərdə yaranan xırda daşlardan qurtulmaq üçün zeytun yağı olduqca faydalıdır. Bunun üçün onu isti su ilə qarışdırıb qəbul etmək lazımdır.

Zeytun yağı həzm prosesini yaxşılaşdırır, mədə və bağırsaqların fəaliyyətini gücləndirir, mədə turşuluğunu azaldır.

Tərkibindəki E vitamini ilə dərini təravətli saxlayır, vaxtsız qırışların yaranmasının qarşısını alır.

Zeytun yağının ən faydalı xüsusiyyətlərindən biri qaraciyərin fəaliyyətinə müsbət təsiridir.