Yuxarıdakı göz ikonkasına
klik edərək animasiyanı
aktiv/deaktiv edə bilərsiniz.
“Absheron Olive Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşir. Müəssisə özündə 700 hektarlıq ərazidə yerləşən və müasir üsulla becərilən zeytun bağları ilə yanaşı həm də ölkəmizdə, habelə bütövlükdə regionda ən böyük və müasir zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunu birləşdirir.
Müəssisənin təməli “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası çərçivəsində 2017-ci ildə qoyulmuş, 4 noyabr 2022-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilmişdir. Açılış zamanı Prezident görülmüş işlərə yüksək qiymət vermiş və bununla əlaqədar aşağıdakı fikirləri bildirmişdir:
“ Boş torpaqlarda belə gözəl Kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq”
Sonra dövlət başçısı tərəfindən sahədə zeytun ağacı əkilmişdir.
İnkişaf
zeytun
ağacı
böyük
fabrik
növ süfrəlik
zeytun istehsalı
hektar ərazi
bağ sahəsi
ton zeytun
qəbul etmə gücü
ton illik yağ
istehsal gücü
“Absheron Olive Garden” MMC-nin zeytun bağları ölkəmizdə qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafı konsepsiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. Müəssisə İtaliya, Türkiyə, İsrail və d. ölkələrin mütəxəssislərinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilmişdir. Zirə qəsəbəsində uzun illər yararsız və istifadəsiz vəziyyətdə olan qayalıqlı və səhra ərazisi kimi tanınan 700 ha sahədə müasir zeytun bağları salınmışdır. Bağların salınmasında Portuqaliya, Yunanıstan, İspaniya və Türkiyədən müxtəlif zeytun sortları, o cümlədən Arbequina, Arbosana, İmperial, Gemlik, Manzanillo, Blanqueta, Koroneiki və digər yüksək keyfiyyətli sortlardan istifadə edilmiş və müəssisənin istehsal gücünə və bazarın tələbatına uyğun yağlıq, süfrəlik və qarışıq zeytun tinglərindən ibarət bağlar yaradılmışdır.