Müəssisənin tərkibində ən müasir standartlara cavab verən iki zavod
fəaliyyət göstərir: zeytun yağı emalı zavodu və süfrəlik zeytun məhsulu
istehsalı zavodu. Yağ emalı zavodu İtaliyanın “Pieralisi” şirkəti ilə əməkdaşlıq
çərçivəsində qurulmuşdur. İllik 35 min ton xam zeytun qəbul etmək gücü
olan zavodda soyuq sıxım üsulu ilə “extra virgin” zeytun yağı istehsal edilir.
Süfrəlik zeytun istehsalı zavodu isə Türkiyənin “Tutkun Makina” şirkəti ilə
əməkdaşlıq əsasında qurulmuşdur. Zavodda yaşıl, qara, çəyirdəkli,
çəyirdəksiz, dilimlənmiş, içlikli və s. növlərdə süfrəlik zeytun məhsullarının
istehsalı üçün şərait mövcuddur.
Hər iki zavodda istehsal olunan məhsulların keyfiyyətinin qida təhlükəsizliyi
baxımından həm ölkə standartlarına, həm də beynəlxalq standartlara
uyğunluğu təsdiqlənmiş və müvafiq sertifikatlarla rəsmiləşdirilmişdir. İstehsal
olunan məhsullar həm daxili bazarda yerli istehlakçılar üçün, həm də Rusiya,
İsrail, Kanada, Türkiyə və İspaniya kimi ölkələrə “Made in Azerbaijan” etiketi
ilə ixrac üçün nəzərdə tutulur.
Zeytun meyvəsindən alınmış təbii, ilkin soyuq sıxım zeytun yağı. Saxlama şəraiti: 16-20ºC temperaturda, quru və qaranlıq yerdə saxlanılmalıdır.
100 qram məhsulun:
Zeytun meyvəsindən alınmış təbii, ilkin soyuq sıxım zeytun yağı. Saxlama şəraiti: 16-20ºC temperaturda, quru və qaranlıq yerdə saxlanılmalıdır.
100 qram məhsulun:
Zeytun meyvəsindən alınmış təbii, ilkin soyuq sıxım zeytun yağı.Saxlama şəraiti: 16-20ºC temperaturda, quru və qaranlıq yerdə saxlanılmalıdır.
100 qram məhsulun: